IMG-LOGO

Ukrayna son sutkada Rusiyanın 830 hərbçisinin öldürüldüyünü açıqlayıb

22 Jan 2024 12:17 181 baxış
IMG

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı ötən sutka ərzində Rusiyanın 830 hərbçisinin öldürüldüyünü açıqlayıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya hərbçiləri əsasən cənub və şərq istiqamətində gedən döyüşlərdə 68 hərbi toqquşmalar nəticəsində zərərsizləşdiriliblər.

Hazırda əsas döyüşlər Xarkov vilayətinin Kupyansk rayonu, Donetsk vilayətinin Avdeevka şəhəri və Zaporojye vilayəti istiqamətində gedir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti