IMG-LOGO

İranda hərbçilər arasında baş vermiş silahlı insidentdə 5 nəfər ölüb

21.01.2024 23:57 102 baxış
IMG

İranın Kirman ostanında ordu təlim düşərgəsində baş vermiş silahlı insidentdə beş nəfər ölüb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə briqada generalı Əmir Qulamalian deyib.

Onun sözlərinə görə, insident bu gün yerli vaxtla 16:35-də olub. O qeyd edib ki, əsgərlərdən biri yoldaşlarına atəş açaraq 5 nəfər qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs qaçıb. Hazırda onun axtarışları aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti