IMG-LOGO

“Abzas Media"nın direktoru barəsində həbs qətimkan tədbiri seçildi

21 Nov 2023 19:52 95 baxış
IMG

Noyabrın 20-də saxlanılan "Abzas Media" saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Lent.az-ın xəbərinə görə, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti