IMG-LOGO

Bu gün Abşeronun bəzi yerləri 6 saat işıqsız qalacaq

10 Jan 2026 10:06 3 baxış
IMG
0 0

Bu gün 9:00-dan etibarən Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev, Mehdi Hüseyn küçələri, Müşviq qəsəbəsi, 28 May qəsəbəsinin bir hissəsində, Sumqayıt yolunun ətrafında elektrik enerjisinin verilişi dayandırılıb.

Lent.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Qeyd olunur ki, elektrik kəsintisinə səbəb Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 110 kV-luq "Masazır-1" və "Xırdalan-5" hava xətlərində təmir işlərinin aparılmasıdır.

Elektrik enerjisinin verilişində məhdudiyyətin saat 15:00-dək davam edəcəyi, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacağı bildirilir.

Abşeron rayonu Xırdalan şəhəri Azərişıq

Xəbər lenti