IMG-LOGO

Azərbaycan Basketbol Liqasının XII turunda daha iki qarşılaşma baş tutacaq

10 Jan 2026 09:09 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasının XII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

"Report"un məlumatına görə, hər iki matç A qrupunda keçiriləcək.

Saat 14:00-da "Sabah" NTD ilə üz-üzə gələcək. "Sabah" 19 xalla qrupda ikinci yerdədir. Sonuncu - 6-cı pillədə olan NTD-nin isə 11 xalı var.

Günün son qarşılaşması saat 17:00-da "Neftçi" və "Şəki" arasında keçiriləcək. "Neftçi" 14 xalla 4-cüdür. "Şəki" isə 13 xalla beşinci pillədə yer alıb.

Hər iki matç "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" isə "Sumqayıt"ı (97:81) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.

Xəbər lenti