IMG-LOGO

Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb

10 Jan 2026 10:02 3 baxış
IMG

Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

"Report" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

Bildirilib ki, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

Xəbər lenti