IMG-LOGO

ABŞ-də nüvə sınaqlarının keçirilməsi imkanı müzakirə edilir

10 Jan 2026 06:55 5 baxış
IMG

Ağ Evdə mümkün nüvə sınaqlarının keçirilməsi ilə bağlı müzakirələr davam edir.

"Report" xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

O qeyd edib ki, ABŞ-nin hələlik bu növ sınaqların keçirilməsi ilə bağlı konkret planı yoxdur.

"Nüvə sınaqlarının bərpasına dair dialoq davam edir. Bizim nüvə arsenalımız dünyadakı bütün rəqiblərimizinkindən əhəmiyyətli dərəcədə daha yaxşı olmalıdır", - deyə Rayt qeyd edib.

Hələ 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun "çox yaxında" nüvə sınaqları keçirəcəyini bəyan etmişdi, Pentaqon rəhbəri Pit Heqset isə ABŞ-nin nüvə silahını digər dövlətlərlə bərabər səviyyədə sınaqdan keçirəcəyini qeyd etmişdi.

Xəbər lenti