Venesuela və ABŞ hər iki ölkənin səfirliklərinin açılması imkanlarını araşdırırlar.
"Report" xəbər verir ki, bunu Bolivar Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes "Venezolana de Televisión" telekanalının efirində bəyan edib.
"Venesuela və ABŞ hər iki ölkənin səfirliklərinin açılması imkanlarını nəzərdən keçirir", - deyə Rodriqes respublikanın Xarici İşlər Nazirliyinin daha əvvəl verdiyi bəyanata istinadən bildirib. O vurğulayıb ki, ölkə Venesuelanın müstəqilliyini, sabitliyini, suverenliyini və sülhü qorumaq üçün Bolivarın sülh diplomatiyasından istifadə edəcək.
Rodriqes hesab edir ki, respublika "Venesuela Prezidenti Nikolas Maduro və birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək yolu seçib".
"Biz bu yolla strateji səbirlə, qətiyyətlə, sonsuz sədaqətlə və hər şeydən öncə xalqımıza olan dərin sevgi ilə irəliləyirik", - deyə Rodriqes vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2019-cu ildə kəsilib.