Britaniya atəşkəs elan ediləcəyi təqdirdə, Ukraynaya göndəriləcək beynəlxalq kontingentin tərkibindəki bölmələrinin hazırlanması üçün 200 milyon funt sterlinq (təxminən 268 milyon dollar) ayırıb.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda vurğulanıb ki, Birləşmiş Krallıq, Ukraynadakı beynəlxalq qüvvələrin tərkibində yerləşdirilməyə hazırlıq çərçivəsində Silahlı Qüvvələrin yeni təchizatı üçün 200 milyon funt sterlinqin ayrılmasını sürətləndirir.
Qeyd olunub ki, bu vəsait texnikanın modernləşdirilməsinə, rabitə sistemlərinə və antidron vasitələrinə yönəldiləcək.
Xatırladaq ki, bu həftə Britaniya, Fransa və Ukrayna atəşkəs sazişi imzalandıqdan sonra Ukraynada xarici hərbi kontingentin yerləşdirilməsi haqqında niyyət bəyannaməsi imzalayıb.