IMG-LOGO

Kaya Kallas: Aİ azadlıq uğrunda mübarizədə İran xalqı ilə həmrəydir

10 Jan 2026 03:06 4 baxış
IMG

Avropa İttifaqı (Aİ) daha yaxşı həyat, azadlıq və ləyaqət naminə qanuni istəklərini ifadə edən İran xalqı ilə həmrəy olduğunu bildirib.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İran İslam Respublikasındakı vəziyyətlə bağlı bəyanatında vurğulayıb.

"Biz itkilər barədə xəbərləri diqqətlə və böyük narahatlıqla izləyirik, zorakılığın tətbiqini, özbaşına saxlamaları və ölkənin təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı tətbiq etdiyi qorxutma taktikasını pisləyirik", – deyə Avropa diplomatiyasının rəhbərinin bəyanatında qeyd olunub. Sənəddə həmçinin ədalətsiz yerə saxlanılanların hamısının dərhal azadlığa buraxılması tələb edilib.

Kallasın sözlərinə görə, İran hakimiyyəti beynəlxalq öhdəliklərinə əməl etməli, ifadə azadlığı, birləşmə və dinc toplaşmaq hüquqlarına, habelə informasiyaya və internetə çıxış imkanlarına hörmətlə yanaşmalıdır.

Xəbər lenti