IMG-LOGO

Tramp: ABŞ bu və ya digər şəkildə Qrenlandiyaya sahib olacaq

10 Jan 2026 02:02 6 baxış
IMG

ABŞ hətta "çətin yolu seçsə belə", Qrenlandiyaya sahib olacaq.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iri neft hasilatı şirkətlərinin top-menecerləri ilə keçirdiyi görüşdə bəyan edib.

Ondan Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması üçün nə qədər vəsait lazım olacağı barədə fikri soruşulub.

"Mən hələlik Qrenlandiya üçün ödəniləcək pullardan danışmıram. Ola bilsin, bu barədə danışacağam, amma hazırda biz Qrenlandiya ilə bağlı nə isə etmək niyyətindəyik - bu onların xoşuna gəlsə də, gəlməsə də", - deyə Ağ Ev rəhbəri bildirib. O belə bir fikir ifadə edib ki, əgər ABŞ bunu etməsə, "Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək".

"Mən bu sövdələşməni, bilirsiniz, ən asan yolla bağlamaq istərdim. Amma əgər biz bunu edə bilməsək, o zaman çətin yolla gedəcəyik", - deyə o, fikrini yekunlaşdırıb.

Xəbər lenti