IMG-LOGO

Aİ ölkələri MERCOSUR ilə azad ticarət sazişinin imzalanmasına səs verib

09 Jan 2026 22:14 6 baxış
IMG

Avropa İttifaqına (Aİ) üzv ölkələr bütün qitədə fermerlərin etiraz etdiyi Cənubi Amerikanın MERCOSUR bloku ilə azad ticarət sazişinin imzalanmasına səs verib.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasında Kiprin nümayəndəsi jurnalistlərə bildirib.

"Aİ ölkələri sazişin imzalanmasını təsdiqləyiblər", - o deyib.

Səsvermə yerli vaxtla 08:00-dan 16:00-dək (Bakı vaxtı ilə 11:00-dan 19:00-dək) davam edən yazılı prosedur vasitəsilə həyata keçirilib.

Daha əvvəl məlumat verilib ki, Aİ ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri MERCOSUR ilə azad ticarət sazişini dəstəkləyiblər.

Xəbər lenti