ABŞ Dövlət katibi Marko Rubio NATO-nun baş katibi Mark Rütte ilə Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə tənzimlənməsi səylərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
"Dövlət katibi Marko Rubio bu gün NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Tərəflər ABŞ-nin rəhbərliyi altında Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün davam edən səyləri müzakirə ediblər. Onlar Arktikada təhlükəsizliyin bütün NATO müttəfiqləri üçün əhəmiyyəti barədə də fikir mübadiləsi aparıblar",- məlumatda qeyd olunub.