Azərbaycan Basketbol Liqasının XII turunda daha bir qarşılaşma baş tutub.
"Report" xəbər verir ki, B qrupunda "Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən oyun naxçıvanlıların 97:81 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" isə "Sərhədçi"ni (72:69) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.