Çexiyanın xarici işlər naziri Petr Matsinka Ukraynada səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Çexiyanın "ČT24" telekanalı məlumat yayıb.
"Matsinkanı bu səfərdə AUTO-dan olan deputat Filip Turk müşayiət edir. Rəhbərlər səfərdən əvvəl razılaşıblar ki, onların ümumi vəzifəsi münasibətlərin yaxşılaşdırılması üzərində işləməkdir", - məlumatda deyilib.
Qeyd olunub ki, Rusiyanın hücumu səbəbindən Çexiya XİN başçısının qatarı Kiyevə gecikmə ilə çatıb.