Azərbaycan dili zəngin olsa da, yad kəlmələrə meyil edənlər çoxdur.
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli "Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik" mövzusunda keçirilən müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan dilində ifadə edilə biləcək kəlmələrin yad sözlərlə əvəzlənməsi qəbuledilməzdir:
"Əgər hansısa sözün öz dilimizdə qarşılığı varsa, niyə yad sözlərdən istifadə olunmalıdır? Ana dilimiz yetərincə zəngindir. Ona görə də gənclərimizin Azərbaycan dilində danışmasını istərdim".