IMG-LOGO

Ağdərənin 4 kəndinə ilk köç karvanı yola salınıb

09 Jan 2026 12:41 4 baxış
IMG

Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk dəfə 89 ailə (337 nəfər) yola salınıb.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür.

Ümumilikdə, Ağdərə rayonu üzrə məskunlaşan sakinlərin sayı 2663 (714 ailə) nəfər təşkil edir.

Xəbər lenti