IMG-LOGO

Türkiyə Somalidə neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə qazma işlərinə başlayacaq

09 Jan 2026 12:42 4 baxış
IMG

Türkiyə yaxın vaxtlarda Somalidə neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə qazma işlərinə başlayacaq.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar deyib.

Qeyd edək ki, Türkiyə ilə Somali arasında bununla bağlı müqavilə 2024-cü ildə imzalanıb. Sənədə əsasən, Türkiyənin "Çağrı bəy" gəmisi Somalidə dərin sulu dəniz yataqlarının seysmik kəşfiyyatını və qazıntısını aparacaq.

Nazir həmçinin bildirib ki, Türkiyə qazma gəmiləri və işçi qüvvəsi ilə neft və təbii qaz kəşfiyyatı ilə məşğuldur:

"Vaxtilə Qabar bölgəsində raket səsləri, qan, göz yaşı, güllə və ölüm var idi. İndi isə həmin dağlarda minlərlə insan çalışır və hər il 2 milyard dollar dəyərində nefti torpağın altından çıxarırlar. Bundan başqa, Qara dənizdə 2100 metr dərinlikdə təbii qaz tapdıq, 170 kilometr məsafədən quruya çıxardıq və evlərdə istifadə olunan vəziyyətə gətirdik".

Xəbər lenti