Bundan sonra sakinlərin əsas işi kənddə həyatı yenidən canlandırmaqdır.
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Ağdərənin Aşağı Oratağ kəndinə qayıdan sakin Vəsilə Aslanova deyib.
O, doğma kəndə qayıdacaqlarına hər zaman inandıqlarını vurğulayıb:
"Kəndimiz işğal olunduqdan sonra Bərdə rayonunda məskunlaşdıq, uzun müddət Şorəlli kəndindəki uşaq bağçasında yaşadıq. Həmişə kəndimizə qayıdacağımıza inandıq, bu günü gözlədik. Şükür, nəhayət arzumuz gerçəkləşdi. Bizə öz həyatları bahasına bu imkanı yaradan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bundan sonra əsas işimiz kəndimizdə həyatı yenidən canlandırmaqdır".