IMG-LOGO

Ermənistanlı nazir: "Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik"

09 Jan 2026 10:03 40 baxış
IMG

Ermənistan Azərbaycandan ümumi həcmi 7 600 ton olan neft məhsullarının idxalını gözləyir.

"Report" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkələrdəki hesabında bildirib.

"2026-cı il yanvar 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8 485 ton Rusiya taxılı çatıb, 4 103 ton (taxıl - red.) yoldadır, həmçinin 7 600 ton Azərbaycan neft məhsulları var ki, bunun 6 100 tonu benzin, 1 500 tonu dizel yanacağıdır", - nazir yazıb.

MƏLUMAT YENİLƏNİR

Xəbər lenti