IMG-LOGO

ABŞ-də azərbaycanlı gənc itkin düşüb

08 Jan 2026 21:50 44 baxış
IMG

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.

Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4–5 gündür heç bir xəbər yoxdur. Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.

Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində çalışıb.

Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir.

Xəbər lenti