IMG-LOGO

Duman səbəbindən Moskva–Fərqanə reysi Qırğızıstana yönəldilib

08 Jan 2026 19:52 10 baxış
IMG

Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Moskva–Fərqanə reysi zamanı əlverişsiz hava şəraiti səbəbindən təyinat məntəqəsinə enə bilməyib və Qırğızıstanda ehtiyat aerodroma yönləndirilib.

"Report"un Özbəkistan KİV-ə istinadən verdiyi məlumata görə, səbəb Fərqanə hava limanında sıx duman və sıfır görünüş olub.

Moskvanın "Vnukovo" hava limanından səmaya qalxan DP729 reysinin ekipajı əvvəlcə təyyarəni Özbəkistanın Namangan şəhərinə endirməyi nəzərdən keçirib, lakin oxşar hava şəraiti səbəbindən bu qərarın da icrası mümkün olmayıb.

Nəticədə təyyarə Qırğızıstanın Oş şəhərinin beynəlxalq hava limanına yönləndirilib və uğurla eniş edib.

Məlumata görə, 8 yanvar səhəri bir neçə reys də əlverişsiz hava şəraiti səbəbindən marşrutlarını dəyişərək Özbəkistan şəhərlərinə deyil, ehtiyat aerodromlara enməyə məcbur olub.

Xəbər lenti