IMG-LOGO

Hakan Fidan: "Suriya Demokratik Qüvvələri"nin terrorla vidalaşmaq vaxtıdır

08 Jan 2026 16:30 39 baxış
IMG

"Suriya Demokratik Qüvvələri"nin separatçılıq və terrorla vidalaşmaq vaxtıdır.

"Report" CNNTurk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada omanlı həmkarı Bədr bin Hamed əl-Busaidi ilə keçirdiyi birgə mətbuat konfransında Suriyada baş verən son hadisələri qiymətləndirərkən deyib.

Nazir bildirib ki, "Suriya Demokratik Qüvvələri" (SDQ) nəzarəti altında olan əraziləri nəyin bahasına olursa-olsun saxlamağa çalışır:

"Bu qruplaşma Suriyanın sülh və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir. Belə barışmaz mövqe Suriyanın və bölgənin reallıqlarına ziddir. SDG-nin terrora və separatçılığa artıq vida etmək vaxtıdır".

H.Fidan qeyd edib ki, Suriya hökumətinin keçən həftə SDQ ilə baş tutan təmaslar ətraflı dəyərləndirilib:

"Türkiyə olaraq arzumuz bölgədəki həssaslıqları nəzərə alan və Suriyaya sabitlik gətirəcək bir razılaşmaya nail olmaqdır".

Xəbər lenti