IMG-LOGO

Ermənistanın Baş naziri: Bütün ermənilərin katolikosu da Serj Sarkisyan kimi gedəcək

08 Jan 2026 14:18 36 baxış
IMG

Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin) Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan kimi getməli olacaq.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

"Deyirlər ki, Ktriç Nersisyan getmək niyyətində deyil. Biz elə etməyi planlaşdırırıq ki, o, öz niyyətini dəyişsin. Heç kimin getmək niyyəti olmur. Serj Sarkisyanın da belə bir (2018-ci ilin yazında - red.) niyyəti yox idi, lakin o, getmək məcburiyyətində qaldı. Eyni məsələ Ktriç Nersisyana da aiddir", - o qeyd edib.

Xəbər lenti