ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns Ukraynada səfərdədir.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Olqa Stefanişina sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, R.Barns səfər zamanı humanitar məsələləri müzakirə edəcək.
O, artıq Kiyevdə Ukraynanın birinci xanımı Yelena Zelenskaya, xarici işlər nazirinin müavini Maryana Betsa, Prezident Ofisi rəhbərinin müavini İrina Vereşuk və müvafiq dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib.