İranda 12 gündür davam edən kütləvi etirazlar fonunda ölkənin müxtəlif şəhərlərində sahibkarlar tətil keçirirlər.
"Report" xəbər verir ki, bu barədə "Azad Iran" məlumat yayıb.
Bildirilib ki, sosial-iqtisadi vəziyyətdən narazı olan etirazçılarla həmrəylik əlaməti olaraq mağazalarını bağlayan sahibkarlar küçələrə çıxıblar. Belə ki, Bukan, Mərivan, Sənəndəc (Sinandaş), Divander, Bəndər-Abbas, Nişapur və Təbriz şəhərlərində bazarlar tamamilə bağlanıb.