IMG-LOGO

Yaşar Gülər: Türkiyənin Qəzzaya göndərəcəyi sülhməramlı qüvvə İsrail üçün təhdid olmayacaq

08 Jan 2026 10:58 7 baxış
IMG

Türkiyənin Qəzzaya göndərəcəyi sülhməramlı qüvvə İsrail üçün təhdid olmayacaq.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yaponiyanın "Kyodo News" xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qəzza zolağında təhlükəsizliyi təmin edəcək beynəlxalq sabitləşdirici missiya üçün qüvvələr hazırlanıb və təlimlərə başlanılıb:

"Türkiyənin də belə bir qlobal sülhməramlı missiyanın tərkibində yer almaqda məqsədi humanitar yardımlara töhfə vermək və münaqişələri dayandırmaqdır. Bizim sülhməramlı qüvvəmiz İsrail üçün təhdid təşkil etməyəcək".

Xəbər lenti