IMG-LOGO

İzmirdə 10 qanunsuz miqrant və üç insan alverçisi saxlanılıb

08 Jan 2026 07:41 6 baxış
IMG

Türkiyənin İzmir vilayətinin Foça rayonunda on qanunsuz miqrant və insan alveri llə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Qeyd edilir ki, qanunsuz miqrantlar quruda sahil mühafizəsinin əməkdaşları tərəfindən aşkar edilib. Onlar Sahil Mühafizəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla mübarizə qrupu və Foça rayon Jandarm Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.

Qanunsuz miqrantlar Vilayətin Miqrasiya İdarəsinə göndəriliblər. Şübhəli şəxslər jandarmaya aparılıb.

Xəbər lenti