IMG-LOGO

Rusiyada helikopter qəzaya uğrayıb, iki nəfər ölüb

07 Jan 2026 15:42 3 baxış
IMG

Rusiyanın Perm diyarında özəl helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə Bardım dairəsindəki "Aşatli-park" istirahət mərkəzinin ərazisində baş verib.

Hadisə yerinə nəticələrin aradan qaldırılması məqsədilə təxminən 40 nəfər və 14 texnika cəlb olunub.

Xəbər lenti