IMG-LOGO

Zelenski Kiprdə səfərdədir

07 Jan 2026 12:15 6 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasına sədrliyi təhvil alan Kiprə səfər edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Prezident Ofisi məlumat yayıb.

O, yanvarın 7-də Nikosiyanın ev sahibliyi edəcəyi Kiprin Avropa İttifaqı Şurasında sədrliyinə həsr olunmuş təntənəli açılış mərasimində iştirak edəcək.

Bundan əlavə, səfər zamanı Zelenskinin Kipr Prezidenti Nikos Xristodulidis, daha sonra isə Kipr arxiyepiskopu Georgi ilə görüşü gözlənilir.

"Zelenski N.Xristodulidis ilə daha bir görüş keçirəcək, bu görüşdə Avropa Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak edəcəklər", - Prezident Ofisi bildirib.

Xəbər lenti