IMG-LOGO

Moskvadan uçan təyyarələr Özbəkistan aeroportlarında eniş edə bilməyib

07 Jan 2026 10:23 3 baxış
IMG

Moskvadan uçan üç təyyarə duman səbəbindən Özbəkistanın Buxara və Termez şəhərlərində eniş edə bilməyib.

"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Uzbekistan airports" SC-nin mətbuat xidməti məlumat yayıb.

"Buxara hava limanında əlverişsiz hava şəraiti səbəbindən Moskva-Buxara marşrutu üzrə HY9608 reysinin ekipajı Nəvaidəki ehtiyat aerodroma getmək qərarına gəlib", - məlumatda deyilir.

Eyni marşrut üzrə AFL1876 reysi Səmərqəndə yönləndirilib.

Moskvadan Termezə hərəkət edən AZO7055 reysinin ekipajı Termez aeroportunda mürəkkəb meteoroloji şəraitlə əlaqədar eniş üçün Səmərqənddəki ehtiyat aerodromu seçib.

Xəbər lenti