IMG-LOGO

Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri müzakirə edilib

07 Jan 2026 10:31 5 baxış
IMG

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev Krallığın Xarici İşlər Nazirliyində (XİN) Bakı və Ər-Riyad arasındakı münasibətləri müzakirə edib.

Bu barədə "Report" Səudiyyə Ərəbistanının xarici siyasət qurumuna istinadən xəbər verir.

Qeyd edilib ki, səfiri bu ölkənin siyasi məsələlər üzrə nazir müavini Səud Əs-Səti və beynəlxalq çoxtərəfli işlər üzrə nazir müavini Əbdülrəhman Əl-Rəssi qəbul ediblər.

Nazir müavinləri səfir salamlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıblar. Onlar həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Xəbər lenti