IMG-LOGO

Ankarada "Qafqazların incisi - qardaş ölkə Azərbaycan" tematik aylığı keçirilir

06 Jan 2026 16:49 5 baxış
IMG

Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən YÜCE özəl məktəblərində yanvar ayı xüsusi olaraq Azərbaycana həsr edilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bu barədə Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, "Qafqazların incisi - qardaş ölkə Azərbaycan" adlı tematik ay çərçivəsində məktəblərdə milli mədəniyyəti və incəsənəti özündə əks etdirən "Azərbaycan stendi" təşkil olunacaq.

Bundan başqa, Azərbaycanla bağlı dərslər, müsabiqələr, viktorinalar, videotəqdimatlar, sənədli və bədii film nümayişləri, rəsm və foto sərgisinin təşkili, məktəbin kitabxanası üçün ölkəyə dair zəngin kitab kolleksiyasının hədiyyə olunması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan nağıllarının təbliği üçün "Masal-Masal Türkiyə: Türk Dünyası, Azərbaycan" mobil telefonlar üçün onlayn tətbiq proqramının təqdimatı, həmçinin milli rəqslərdən ibarət konsert proqramının keçirilməsi də planlaşdırılır.

Xatırladaq ki, tədbir Mədəniyyət Mərkəzi və YÜCE özəl məktəblərinin birgə layihəsi çərçivəsində Azərbaycan mədəniyyəti, tarixi və dilinin təbliği məqsədilə təşkil olunur.

Xəbər lenti