IMG-LOGO

AAK: Ötən il xaricdə verilmiş elmi dərəcələrin 35-i tanınıb

06 Jan 2026 13:37 5 baxış
IMG

Ötən il xarici ölkələrdə verilmiş elmi dərəcələrin 35-i Azərbaycanda tanınıb.

"Report" xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası (AAK) məlumat yayıb.

Belə ki, ən çox tanınan elmi dərəcələr Türkiyəyə (16) məxsusdur. Digər tanınan sənədlər Rusiya (4), Almaniya (3), Ukrayna (3), Macarıstan (3), Fransa (2), Çexiya (1), Yaponiya (1), Finlandiya (1) və Belçikaya (1) aid olub.

Xəbər lenti