Türkiyəyə məxsus "Happy Aras" adlı gəmi Kerç boğazında (Qara dəniz) saya oturub.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, gəmidə ümumilikdə üçü Türkiyə vətəndaşı olmaqla 11 ekipaj olub.
Qeyd olunub ki, ekipaj gəmini tərk edib, vəziyyətləri yaxşıdır.