Cəlilabad rayonunda qədim saxsı qablar aşkar olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Şatırlı kəndindən keçən çay kənarında sakinlər tərəfindən təsadüfən iki qədim saxsı qab tapılıb.
Tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntıların Eneolit dövrünə aid olduğu güman edilir: "Çünki həmin dövrə aid oxşar qab nümunələri mövcuddur".
Qeyd olunub ki, tapılan qablar Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.