IMG-LOGO

Ödənişli yolda maşın aşdı, ölən və yaralılar var

13 Jan 2024 13:15 86 baxış
IMG

Bakı-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü C. Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər 2 sərnişin - Emin Xudiyev və Nərmin Təhməzova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti