IMG-LOGO

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

05 Jan 2026 21:42 36 baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə lideri Nazirlər Kabinetinin toplantısından sonra bildirib.

Ərdoğan Trampa Venesuelada qeyri-sabitliyin qəbuledilməz olduğunu vurğulayıb:

"Trampla telefon danışığında ölkəmizin həssas məsələləri ilə bağlı mövqeyimizi çatdırdıq. Venesuelanın qeyri-sabitliyə sürüklənməməli olduğunu vurğuladıq".

Xəbər lenti