IMG-LOGO

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib: "Sizin acınız bizim acımızdır"

13 Jan 2024 06:58 98 baxış
IMG

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığıda deyilir: "Cari ilin 12 yanvar tarixində, Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik".

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti