IMG-LOGO

Özbəkistanda avtobus aşıb, iki nəfər ölüb, doqquz nəfər yaralanıb

05 Jan 2026 14:21 8 baxış
IMG

Özbəkistanın Nəvai rayonunda içərisində 47 sərnişinin olduğu avtobus yoldan çıxaraq aşıb.

"Report" Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Nəvai vilayəti Daxili İşlər İdarəsindən bildirilib.

Nəvai-Uçkuduk avtomobil yolunda baş vermiş qəza nəticəsində iki sərnişin yerindəcə ölüb, müxtəlif dərəcəli xəsarətlər alan doqquz nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti