Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB liderlərinin fiziki hazırlığından danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını xüsusi qeyd edib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, Tokayev bunu "Türkistan" qəzetinə müsahibəsində bildirib.
Qazaxıstan liderinin sözlərinə görə, İlham Əliyev fiziki cəhətdən güclüdür və işini bilərək daim məşq edir.
MDB-dəki digər həmkarları haqqında danışan Tokayev qeyd edib ki, Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev idman zalında məşq edir, Ermənistanın baş naziri Nikol Paşinyanın velosiped idmanı ilə məşğul olur, Belarus Prezidenti Aleksandr Lukaşenkon hokkey oynamağa davam edir, "Rəhmon (Tacikistan Prezidenti Emoməli Rəhmon - red.) səhhətindən şikayət etmir; o, bərkimiş döyüşçü-dənizçidir".
"Beləliklə, bütün həmkarlarım əla formadadır", - o əlavə edib.