Qazaxıstan ötən il 70 milyard dollar dəyərində sazişlər imzalayıb.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev "Turkistan" qəzetinə müsahibəsində bildirib.
"Yüksək səviyyəli xarici siyasət tədbirlərinin sıx qrafiki Qazaxıstanın artan nüfuzundan, beynəlxalq hüquq subyekti kimi tələb olunmasından xəbər verir. Xaricə səfərlərdən əlavə, Astananı Asiya, Avropa və Yaxın Şərqin nüfuzlu dövlət rəhbərləri ziyarət ediblər. Hər bir danışıqların arxasında iqtisadi və investisiya əməkdaşlığının, dünya arenasında qarşılıqlı fəaliyyətin əsas məsələləri dayanır. Ötən il iqtisadiyyatımızın prioritet sektorlarının inkişafı üçün 70 milyard dollardan çox məbləğdə sənədlər imzalanıb", - o qeyd edib.