IMG-LOGO

Bakıda “Zamana qalib gələn milli irsimiz” sərgisi keçirilir

12 Jan 2024 18:43 145 baxış
IMG

Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılıb.

Muzeydən "Report"a verilən məlumata görə, tədbirdə 2022-2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində konservasiya olunmuş 30-dək eksponat təqdim edilir.

Onlara XVII–XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir. Təqdim olunan əsərlər üzərində muzeyin peşəkar konservatorları, bərpaçı-rəssamları çalışaraq onlara ikinci həyat bəxş ediblər.

Qeyd edək ki, “Zamana qalib gələn milli irsimiz” sərgisi çərçivəsində yanvarın 13-ü saat 16:00-da tekstil konservasiyası üzrə ustad dərsi də keçiriləcək.

Sərgi yanvarın 21-dək davam edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti