IMG-LOGO

“Azəristiliktəchizat”ın Çağrı Mərkəzinin fəaliyyəti müvəqqəti dayandırılacaq

12 Jan 2024 18:16 160 baxış
IMG

Sabahdan başlayaraq 2 gün ərzində “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinin və istilik haqlarının ödəniş sistemlərində müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, buna səbəb abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə texniki təkmilləşdirmə və profilaktika işlərinin aparılmasıdır.

Abonentlər üzləşdikləri çətinliklərlə bağlı Cəmiyyətin rəsmi internet səhifəsinə (azeristilik.gov.az), [email protected] elektron ünvanına, “Azəristiliktəchizat”ın rəsmi sosial media hesablarına müraciət edə bilərlər.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti