IMG-LOGO

“Çelsi”nin futbolçusu Almaniya klubuna keçdi

12.01.2024 16:47 99 baxış
IMG

London “Çelsi”sinin müdafiəçisi İan Matsen Dortmund “Borussiya”sına keçib.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti xəbər verir.

Bu mövsüm Matsen 15 oyun keçirib və 2 sarı vərəqə alıb.

21 yaşlı hollandiyalı futbolçunun icarə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.

“Transfermarkt” İan Matsenin transfer dəyərini 20 milyon avro qiymətləndirir.

Xəbər lenti