IMG-LOGO

Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik tıxac yaranıb

04 Jan 2026 16:56 8 baxış
IMG

Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik tıxac yaranıb.

"Report" bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.

Bildirilib ki, tıxac beynəlxalq əhəmiyyətli "C‑7" magistralında - Sadaxlı yaşayış məntəqəsindən başlayır. Nəqliyyat vasitələrinin sərhədi keçmə müddətinin 3 saata çatdığı qeyd olunub.

Tıxacın əsas səbəbi kimi Yeni il bayramı ilə bağlı Gürcüstana gedən vətəndaşların kütləvi şəkildə Ermənistana geri dönməsi göstərilir.

Xəbər lenti