"Akkuyu" AES-nin birinci enerji blokunun 95 faizi hazırdır.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "Kanal 7" telekanalının efirində bildirib.
"Əvvəlcə bu işlərin 2025-ci ilin aprel ayına qədər başa çatdırılması planlaşdırılırdı, lakin pandemiya və bəzi avadanlıqların alınmasında yaranan siyasi əngəllər səbəbindən gecikmələr baş verdi. Hazırda bütün səylərimiz birinci reaktorun tikintisini başa çatdırmağa yönəlib, hazırda bu iş təxminən 95 % yekunlaşıb və 2026-cı ildə ilk elektrik enerjisinin istehsalına başlanması nəzərdə tutulur. Biz bu istiqamətdə həm Rusiya, həm də "Rosatom" şirkəti ilə birgə çalışırıq", – deyə nazir bildirib.