IMG-LOGO

KİV: İranda ərəb əsilli siyasi məhkum edam olunacaq

03 Jan 2026 20:04 9 baxış
IMG

İranın Əhvaz həbsxanasında saxlanılan ərəb əsilli siyasi məhbus Məhəmməd Musaviyə məhkəmə tərəfindən ölüm hökmü verilib.

"Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Edam qərarına səbəb ona qarşı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) tərkibinə daxil olan Bəsic komandanlarından birinin qətlində iştirak ittihamının irəli sürülməsidir.

Belə ki, Məhəmməd Musavinin silahlı hücum edənlər arasında olduğu iddia edilir.

Xəbər lenti