IMG-LOGO

Lavrov Venesuelanın vitse-prezidenti ilə danışıb

03 Jan 2026 19:21 46 baxış
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Lavrov hökumətin siyasi kursuna dəstəyini ifadə edib.

Tərəflər həmçinin vəziyyətin daha da gərginləşməsinə yol verməmək və dialoq vasitəsilə çıxış yolu tapmağın lehinə çıxış ediblər.

Xəbər lenti