IMG-LOGO

İzmir sahillərində 7-si uşaq olmaqla 74 qanunsuz miqrant saxlanılıb

03 Jan 2026 09:36 5 baxış
IMG

Türkiyənin İzmir şəhəri sahillərində 74 qanunsuz miqrant saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, onlar şəhərin Dikili və Menderes səmtlərinə yaxın sahil zolağında rezin qayıqda hərəkət zamanı yaxalanıblar.

Saxlanılanların 7-si uşaqdır.

Sahil Təhlükəsizlik Komandanlığı qanunsuz miqrantları Miqrasiya İdarəsinə təhvil verib.

Xəbər lenti